Sefa Yürükel den Çok Acil Uyarı..
Sefa Yürükel:
Değerli Dostlar,
Aşşağıdaki ki iletide görüldüğü gibi bu ay içerisinde ikinci defa Azerbaycan da sözde akademisyenler üzerinden yaydırılmak istenen Türkiye ve Türk düşmanlığı sabırın ötesine geçmiş durumda. Bu konuda T.C yetkilileri tedbir alıp ve bu konuyu acele Azerbaycan devleti ve akademisyenleri ile görüşmeleri gerekmektedir . Yoksa bu tür sözde akademisyenler iki kardeş halkın arasını açmak isteyip, nifaklar sokup sahte bilgi ve yalanlarla terbiyesizleşeceklerdir. Bu iyiye alamet değil .
Bunu Türk yetkililerinin ve akademisyenlerin ciddiye almaları ve konu üzerine ivedilikle durmaları dileği ile bilginize yazıyorum .
Saygılarımla
Sefa Yürükel
Etnograf ve Sosyalantropolog
Soykırımlar ve terörizm araştırmacısı
Hollanda/Norveç
Tel. 004795298366 Norveç
Prof.Dr.Agün Aytar Attar: 'Türk Düşmanlığınızın sebebi nedir?'
Türk Düşmanlığınızın Sebebi Nedir?
Prof.dr. Aygün Aytar Attarın Türk düşmanlığı yaymaya çalışan Azerbaycanlı akademisyen Prof.Dr. Çingiz Qacara cevabı:
Azerbaycan'da Türk düşmanlığı yapan ve sözüm ona "tarihi hakikatleri " söyleyen cesur " alim"lere bir sorum var.
Sovyetler anamızı ağlatarak varımızı yokumuzu elimizden aldıklarında, Bakü' nün göbeğinde ana dilinde dükkandan ekmek almak isteyen vatandaşlara kendi memleketinde rusca bilmediği için çuşka söylendiğinde siz aydın olarak ne yapıyordunuz?
Milli servetimiz, milli medeniyetimiz talan edildiğinde, 114 bin metrekare olan topraklarımız Sovyetler tarafından keyfi bir şekilde elimizden alınarak Ermeni'ye verilmesi sonucunda 88.6 bine düşürüldüğünde neden sesinizi çıkarmadınız, beyenat vererek itiraz etmediniz , bugün Türkiye'ye karşı sergilemekte olduğunuz " cesaretli" çıkışlarınız neden o zaman olmadı?O zaman mutasyona uğramış olan "milli gayret" damarınız şimdi neden kabardı?
Bahaneniz Sovyet rejimi, dönemin şartları olamaz, çünkü o rejimde o dönemde sizin yaşıdınız olan Ermeni alimleri cesurca milli menfaatları için yazıp çizirlerdi, yüz karası olan insanlık dışı uygulamalarını dahi kahramanlık olarak taktim ediyorlardı.O gün konuşamayan, susan , milletin Şeref'ini kişisel menfaatına kurban eden , lal olanların bugün dilli dibeğe dönüşerek Türk düşmanlığı yaptığını görünce yazıklar olsun diyorum.
1918 de Bakü sokaklarında kurban bayramı akabinde Ermeniler tarafından kesilen insanlarımızın o kurbanlara karışmış kanlarının intikamını almak için ta Anadolu'dan kalkıp gelen ordu dil uzattığınız Türkün ordusu idi..
Anamızın bacımızın namusunu ermeninin ,rusun elinden kurtarmak için gelen asker kahraman Türk askeri idi.
1987 sonrasında Karabağ' da Ermeni'ye karşı kişisel gayretleri ile silahlanarak dövüşen oğullarımızın yardımına ailesini, çoluk çocuğunu bırakarak şehid olmak için gelen (Atilla Kaya, Mehmet Çetinkurt ve sair onlarca) gönüllü Türk genci idi.
Bilmeye bilirsiniz , çünkü bügün Türklüğe ve Türkiye'ye dil uzatan sizler o gün cehbede yoktunuz..
Yaranmağa çalıştığınız, tarihi çarpıtarak yağ çektiğiniz,gözüne girmek için yarıştığınız kendinize daha yakın gördüğünüz milletin ordusu ise 1920 de dedelerimize yaptığı gibi 1990 da üzerimizden tanklarla geçen ordu idi..
Bilimle uğraşmak ciddi iştir , çok çalışan her kes akademik ünvana sahip olur, ama bilge ola bilmek karakter işidir, odur ki her alime bilgin denilmez.
Bilge sözü nasihate dönüşür, değim olarak nesilden nesile aktarılır, güce tapan,siyasi çıkarlara ve siparişe yönelik konuşan , yazan çizen"alimler" in söylemleri ise dedi kodu malzemesi olur, sakız gibi bir müddet çeynendikten sonra atılır..
Dolayısıyla son günlerde cemiyeti bolca sakızla temin eden "alimlerin"çabası nafiledir , bilesiniz. Alim olup böbürlenmektense adam olmaya gayret etmek evladır..
Azerbaycan bağrında Kafkas İslam Ordusunun bizler için can veren iğit Mehmetçiğini barındıran Türk yurdudur.
Azerbaycan ile Türkiye bir millet iki devlettir..
Yüz yılların mihenk taşından süzülerek hakiki ifadesini tapan ve hepimizin duygularına tercüman olan bu fikri seslendiren rahmetli Haydar Aliyev' in siyasetine övgüler yaparak , yaranarak ,methiye kontenjanından Azerbaycan parlamentosunda koltuk kapan bazı milletvekillerinin Haydar Aliyev 'in altını çizerek belirlediği Türkiye ile Azerbaycan' ın Bir Millet düşüncesine karşı çıkmaları nasıl bir tezattır, ne yaman bir çelişkidir, anlayamadım..
Bölgesel sorunların bol, Türkiye ile Azerbaycan arasında ilişkilerin gayet güzel olduğu,birlikteliğin iki ülke menfaatlarına mükemmel hizmet ettiği bu süreci birileri provoke etmek için bir yerlerden düğmeye basmış olacak ki son günlerde alim ve siyasetçilerden müteşekkil bir grup hızlı antitürk tebliği ne başlamış bulunmakta..
Türkiye Azerbaycan'ın toprak bütünlüğü ile bağlı devlet siyasetine dönüştürdüğü Karabağ'ın işgaline son verilmesi talebini uluslararası arenada ısrarla gündemde tutan ve iç siyasetteki tüm konuşmalarında da tekrar eden tek ve kardeş olan devlettir.
Dış politikada Türkiye ile birlikte hareket edeceğini Uluslararası tüm toplantılarda net bir şekilde ifade eden Can 'dır Azerbaycan..
Büyük resimde gördüğümüz bu görüntü birilerini rahatsız etmekte, birilerine batmakta ki onlar da manipülasyon için amade olan grupu devreye sokarak nifak çıkarmak , Türkiye Azerbaycan ilişkilerini bozmak istiyorlar..
Başaramayacaksınız,merak etmeyiniz.
Yazıp çizdikleri sakız misali çeynenip atılacak, geriye ise Türk olmadıklarına dair itirafları kalacak..
Türk'e sövmeği marifet gören bu grupun Alim ya da siyasetçi kimliklerine puan vermek hadsizliğinde bulunamam Türk olarak asaletim buna izin vermez , ama asıllarını inkar etmedikleri gayri Türk olduklarını itiraf ettikleri için bir okkalı aferini hak ediyorlar.
Tanrı Türk'ü Türk düşmanlarından korusun..
Türk"ün Gazi şehri Magosa 'dan selam sevgilerle ..
Türk Prof.Dr.Aygün Attar..
Not: yavru vatanda Kıbrıs tayım iş nedeni ile..
Bu konuyu döndükten sonra yazacaktım aslında ama Avrupa' dan çok sevdiğim Türklük davasının gayretli neferi Sefa Yürükel hocanın " Aygün Hocam neler oluyor" dediği heyecanlı telefonu nedeni ile araçta yazdım.
Azerbaycanlı akademisyen Prof.Dr. Çingiz Qacara'ın yazısı:
Azerbaycanlı akademik: “Azərbaycanın ən böyük düşməni türklər olub”
Ayrı-ayrı şəxsiyyətlər haqqında gedən müzakirələr günün aktual mövzularından birinə çevrildiyi üçün Qacarlar sülaləsinin nümayəndəsi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacardan müsahibə istədik. Əvvəlcə müsahibəyə razılıq versə də, görüşdüyümüz zaman danışmaqdan imtina etdi. Təqribən 1 saat xahiş və danışıqlardan sonra müsahibəyə razılıq ala bildik. Söhbətə yeni başlamışdıq ki, müsahibimiz fotosunun çəkilməsinə də qəti şəkildə etiraz etdi. Səbəbini soruşduq. Cavab belə oldu: “Nəzər dəyər”. Əvəzində isə fotoqrafımıza otağındakı divar rəsmlərini və kitabların üzünü çəkməyi məsləhət gördü. Beləliklə, Çingiz Qacarın Publika.az-a müsahibəsini təqdim edirik:
“Benim için Lütfi Zade çekirdeğidir”
- ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanli alim Lütfi Zadənin bu günlərdə 96 yaşı tamam oldu. Onu təbrik etdinizmi?
- Xeyr, təbrik etməmişəm. Çünki mənim üçün Lütfi Zadə əsas deyil. Mənə görə, Azərbaycanın dünyaca məşhur ən dahi alimi Əli Cavandır. O, tanınmış amerikalı fizik, ABŞ Milli Elmlər Akademiyasının üzvü idi. Milliyyətcə azərbaycanlıdır. Əli Cavan 21-ci əsrin Albert Eynşteyni sayıla bilər. Dünyada nə ali mükafatlar varsa, hamısını almışdı.”Nobel”dən başqa. Onun namizədliyi verilən vaxt İranda ABŞ səfirliyinə hücum edilmişdi. Buna görə də verilmədi.
Əli Cavan qeyri-xətti spektroskopiyanın əsasın qoyub. 1960-cı ildə Amerika alimlərilə birlikdə qaz lazerini təklif edib. Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini kəşf edib. 1966-cı ildə mod kəsişmələrinin effekti nəzəriyyəsini yaradıb və bunu 1969-cu ildə müşahidə edib. 1970-ci ildə isə işıq hərəkəti tezliklərinin absolyut ölçülməsi hərəkəti və qeyri-xətti flyuressensiyaların metodlarını işləyib. O, həm də spektral xətlərin itələyici daralmasını kəşf edib.
Cavan “Qaz lazerin optik cihazlarında və elmi işlərdə qeyri-paralel istifadə edilməsi” adlı fundamental araşdırmasına görə, 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata layiq görülüb. 1993-cü ildə isə alimə nüfuzlu "Albert Eynşteyn" mükafatı verilib. O, Avrasiya Akademiyasının birinci üzvü idi. Vaxtilə bizim alimlər onunla nə qədər əlaqə yaratmağa çalışsa da, amerikalılar buna imkan vermədilər. Bildiyimə görə, Cavan ABŞ xüsusi xidmət orqanlarının nəzarətində çalışırdı. Bunun üçün də Azərbaycanda çox tanınmırdı. Onu Azərbaycanda məndən çox reklam edən adam da yoxdur. Əli Cavan dünyanın 100 ən dahi adamı siyahısına da düşüb.
“Biz də milyarda yaxın pul xərcləsək, “Nobel” mükafatı ala bilərik”
- Niyə Azərbaycan alimlərindən hələ də “Nobel mükafatına layiq görülən yoxdur? Sizcə, buna səbəb nədir?
- Çünki təbii alimlərimiz yoxdur. Elm böyük vəsait tələb edir. Bilirsiniz “Nobel” mükafatını almaq neçəyə başa gəlir? Biz də milyarda yaxın pul xərcləsək, bu mükafatı ala bilərik. Alimlərin işləməsi, nə isə ortaya qoyması üçün yaxşı və müasir avadanlıqlar lazımdır. Bu avadanlıqlar isə həddindən artıq bahadır. Pulsuz heç bir iş ortaya qoymaq olmur...
“Nobel almağa namizəd olan görkəmli alimlərimiz var”
- Son dövrlər Azərbaycan alimlərinin hansı uğurlu işlərini sadalamaq olar?
-Niyə ki? "Nobel" almağa namizəd olan görkəmli alimlərimiz var. Misal üçün, hörmətli akademikimiz Arif Paşayev vaxtilə “Nobel” mükafatına namizəd olmuşdu. Neçə-neçə alimimizin namizədliyini irəli sürmək olar. Amma problem sonrakı mərhələdədir...
“Bütün dünyanın fizikləri bir-birini tanıyır”
- Konkret olaraq, bir alim kimi məhz sizin elə bir ideyanız, kəşfiniz varmı ki, sizi dünyada tanıtsın və “Nobel” ala biləsiniz?
- Bilirsiz, tanınmaqla məşhur olmaq ayrı-ayrı məsələlərdir. Bizi hamı tanıyır. Bütün dünyanın fizikləri bir-birini tanıyır. Məni də tanıyırlar, bəzən onlarla görüşürük də!..
- Qalileo Qalileyin dövründəki “elm insanları dindən uzaqlaşdırır” təqdimatına bəzən bu gün də rast gəlmək olur. Siz bu cür təqdimatla nə qədər razısınız?
- Bu cür fikirlərlə qəti razı deyiləm. Mən bunun əksini düşünürəm.
“Ulu babam Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə olub”
- Qacarlarla bağlı araşdırmalarda yeni hansı nəticələr əldə olunub?
- Hazırda Qacarların ABŞ-ın Santa-Barbara şəhərində cəmiyyəti fəaliyyət göstərir, Parisdə isə 10 ildən bir formal olaraq şahı seçilir.
Bundan başqa, mənim Qacarlardan bəhs edən kitablarım var. Bu yaxınlarda Gəncə haqqında da kitab yazmışam. Həmin kitabda Gəncə tarixinin Qacarlarla bağlılığından bəhs etmişəm. Bilirsiz ki, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan da Qacarlar nəslindəndir. Onun tam adı da Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar adlanır.
Mənim ulu babam İran taxt-tacının vəliəhdi, qəhrəman Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə Qacar olub. O, vaxtilə İrandan Rusiyaya qaçıb. Rusiyadan isə Şuşaya gələrək, orada yaşayıb.
“Bibim 16 il Əhməd şah Qacara baxıb”
- Bu yaxınlarda Qacarlar nəslindən olan sonuncu İran şahı Əhməd şah Qacarın nəticəsi Bakıya səfərə gəlmişdi. Onunla görüşdünüzmü?
- Bəli, görüşmüşəm, gəlib mənim qonağım olub, fotolarımız da var. Ancaq o, Əhməd şah Qacarın yalançı nəticəsi idi. Deyirdi ki, mən sonuncu şahzadəyəm və sairə. Ancaq sual verdim, Qacarlarla bağlı heç nəyi bilmirdi. Bu gün Qacarların ABŞ-ın Santa-Barbara şəhərində cəmiyyəti var. Onlar Qacarlarla bağlı ensiklopediya, jurnallar buraxırlar. Hər il isə bir dəfə iclas təyin edib, Qacarların mədəniyyəti və tarixi ilə bağlı müzakirələr aparırlar.
Sonra bizim tərəf Santa-Barbaradakı cəmiyyətə onunla bağlı sorğu göndərib. Sorğuya cavab olaraq, onlar da bildirib ki, o adam Əhməd şah Qacarın nəticəsi deyil, yalançıdır. Çünki son 10 ildir ki, şahzadə təyin etmirlər. Qacarların sonuncu şahzadəsi də Əhməd şah Qacar olub. Mənim bibim də Qacarların əvəzedicisi olub. O, 16 il Əhməd şah Qacara baxıb.
“Qacarların rəssamlıq nümunələrini qoruyub saxlayıram”
- Qacarların Santa-Barbaradakı cəmiyyətinin keçirdiyi iclaslara dəvət olunursuz?
- Xeyr, mən orada iştirak edə bilmirəm. Dəvət etmirlər. Ancaq mən də Qacarlarla bağlı rəsmlər çəkirəm, Qacarların rəssamlıq nümunələrini qoruyub saxlayıram.
“Mehriban xanımın bir dəqiqə boş vaxtı yoxdur, ancaq mənim kitablarımı oxuyur”
- Bəs Azərbaycanda nə üçün Qacarlarla bağlı hər hansı mərkəz yaradılmayıb?
- Açığı bilmirəm ki, belə mərkəz nəyə görə yoxdur. Bunun yaradılması isə məndən asılı olan məsələ deyil. Ümumiyyətlə, son dövrlərə qədər Qacarlarla bağlı təbliğat qadağan idi. Sağ olsun, hörmətli Mehriban xanım Əliyeva bu sahəyə böyük diqqət və qayğı göstərdi. Qacarlarla bağlı rəsm əsərlərim və kitablarım var, onların dərc edilməsi üçün Mehriban xanım çox kömək edir. Mehriban xanımın bir dəqiqə boş vaxtı yoxdur, ancaq mənim kitablarımı oxuyur, maraqlanır. Halbuki ən yaxın qohumlarım indiyədək kitablarımı oxumayıb.
Bundan başqa, Fatma xanım Abdullazadə də bu sahədə gördüyüm işlərə dəstəyini əsirgəmir. Buna görə də kitablarım dövlət vəsaiti hesabına çap edilir.
“İrəvanda əvvəl Gəncə Qacarları, sonra isə Tehrandan gələn Şah Qacarları hökmranlıq ediblər”
- Qacar sülaləsinin nümayəndələri indiki Ermənistan ərazisində olan mülklərilə bağlı beynəlxalq iddia qaldıra bilərmi?
- Bilmirəm, bu indi nə qədər mümkün ola bilər. Amma iki cür Qacarlar var. Biri Gəncə Qacarları, digəri isə şah Qacarlarıdır. İrəvanda əvvəl Gəncə Qacarları, sonra isə Tehrandan gələn Şah Qacarları hökmranlıq ediblər. Gəncəni də qurub-yaradan Qacarlar olub. Onlar tayfanın gizli rəhbəri olub və Şah Təhmasib tərəfindən təyin olunublar.
“Dövlət dili Azərbaycan dili olsa, İranda yaşayan azərbaycanlılara heç müstəqillik lazım deyil”
- Güney Azərbaycan Azadlıq Hərəkatında qacarçılıq ideoloji xətt ola bilərmi?
– Xeyr, mümkün deyil. Çünki indi İranda olan bütün Qacarlar oradan qovulub. Olsa da, çox az sayda olar. Yəni, Qacarlar sülaləsindən olan şəxsin İranda hakimiyyətə gəlmə ehtimalı yoxdur. Ümumiyyətlə, İranda qacarçılıq ideologiyası qəti qadağan olunub. Mən İrana gedəndə şahid oldum, Azərbaycan dilində danışıb-yazmağa imkan vermirlər. Amma çox istərdim ki, İranda ikinci dövlət dili Azərbaycan dili olsun. Orada azərbaycanlılara heç müstəqillik lazım deyil, ancaq ikinci dövlət dili Azərbaycan dili olsun, bu, kifayət edər. İranda azərbaycanlılar öz müstəqilliyini əldə etməyə çalışsa, müharibə və böyük insan itkisi olacaq. Amma ikinci dövlət dili kimi, Azərbaycan dilinə icazə verilsə, daha onlara müstəqillik gərək olmayacaq, İran həm də azərbaycanlıların öz dövlətləri olacaq. İranda Azərbaycan dilinə icazə verilsəydi, soydaşlarımız cəmi 5 il ərazində hökuməti götürərdi.
Ümumiyyətlə, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız çox cəsarətli adamlardır. Onlar burada yaşayan azərbaycanlılara bənzəmirlər.
- Azərbaycanda hansı şəcərənin tarixi taxt-tac iddiası ola bilər?
- Bu barədə heç bir söz deyə bilmərəm.
“Nizami Gəncəvini əski əlifbada yazdığı kimi qəbul etməliyik”
- Biz Nizami Gəncəvini, Məhəmməd Füzulini və digər görkəmli şəxsləri dərs vəsaitlərində belə ümumbəşəri dahilər kimi təqdim edirik. Bununla da həmin şəxslərin milli kimliyini arxa plana keçirmiş oluruq. Sizə elə gəlmirmi ki, bütün bunlar həmin şəxslərin başqa millətlər tərəfindən sahiblənməsinə səbəb olur?
- Əslində, belə də olmalıdır. Çünki Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi dahi şəxsiyyətlərin milləti olmur. Onlar dahi və dünyəvi adamlardır. Necə bir millətin ola bilər? Bəzən Firdovsini Nizamidən yüksək hesab edirlər. Ancaq mənim üçün Nizami Gəncəvi Firdovsidən daha yüksəkdə dayanır. Nizami Gəncəvi farsdilli Azərbaycan şairidir. Biz Nizami Gəncəvini əski əlifbada yazdığı kimi qəbul etməliyik. İndi onun üçün məqbərə tikilib. Amma həmin abidənin önünə Azərbaycan dilində yazılıb. Bu doğru deyil. Gərək onun abidəsinin önünə əski əlifba ilə yazılsın. Biz min il o əlifbadan istifadə etmişik. Onunla yazanda nə olar? Bəzən deyirlər ki, əski əlifba ərəb əlifbasıdır və sairə. O ərəb əlifbası deyil, Azərbaycan əlifbasıdır. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nizami Gəncəvi, Mirzə Fətəli Axundov və digər bütün şairlər, yazarlar əski əlifba ilə yazıb-yaradıblar. Bu gün biz niyə o əlifbadan istifadə etməyək?
Bu gün Azərbaycan dövləti tərəfindən Nizami Gəncəvi ilə bağlı böyük işlər görülür. Çox sağ olsun ki, Nərgiz xanım Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi yaradılıb.
“Türklərə görə Azərbaycan musiqisi yox olub”
- Azərbaycanda bir çox tarixi hökmdarların analarının ayrı millətlərdən olması məsələsi son vaxtlar xüsusi olaraq qabardılır. Misal üçün, ayrı-ayrı şəxslər iddia edir ki, Şah İsmayıl Xətainin anası xristian olduğu üçün, o da xristian olub və sairə. Sizcə, bunu deyən alimlər nə dərəcədə haqlıdır?
- Bu cür yanaşmalar doğru deyil. Mən buna qəti şəkildə qarşıyam. Yəhudilərdə nəsil, kök ana ilə götürülür. Bizdə isə ata ilə. Nizami Gəncəvinin anası kim idi? Kürd idi. Bu o demək deyil ki, Nizami kürd şairi olub.
Ümumiyyətlə, mən “türk” sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə “tatar”, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib. Hətta, ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub. Tarixə baxın, görün Osmanlı İmperiyası Təbrizi neçə dəfə dağıdıb? Təbrizi, Gəncəni türklər yox edib, dağıdıb. Osmanlı qoşunu Çaldıran döyüşündə minlərlə türkü öldürüb. İndi də həmin Çaldıran düzü Türkiyədədir, indiki Qars ərazisində yerləşir. Halbuki Çaldıran düzü bizim olub, orada yaşayan əhali indi də Azərbaycan dilində danışır.
- Ermənilərin Qarabağa necə köçürülməsi barədə hansı məlumatlara maliksiz?
- Qacarların dövründə ermənilər İrandan Rusiyaya köçüblər, oradan isə Azərbaycan ərazilərinə yerləşdiriliblər. Rusiyadan gələn ermənilər təmiz Azərbaycan dilində danışa bilirdi. Ermənilər tarixən ticarət mərkəzləri olan ərazilərdə yaşamağa üstünlük veriblər. Ona görə də Azərbaycan ərazilərində ermənilər tarixən “İpək yolu” üzərində, ticarət olan yerlərdə məskunlaşıblar. Harada alver olurdusa, ermənilər də gedib orada yaşayırdı. Gəncə də “İpək yolu” üzərində yerləşirdi. Ona görə də Gəncəyə xeyli erməni köçmüşdü, Gəncə əhalisinin az bir hissəsi erməni idi.
Vasif Həsənli
Fotolar: Elçin Murad
Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.